03 avqust 2021 17:41
998

Ərdoğan İlham Əliyevə təşəkkür etdi

Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəm adından təşəkkür edirəm

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyədə meşə yanğınlarının söndürülməsində dəstəyini göstərmiş ölkələrə təşəkkür edib.

“İki sahil” xəbər verir ki,  Türkiyə Prezidenti bunu öz tviter hesabında yazıb. 

“Meşə yanğınlarında mübarizəmizə dəstəyini, keçmiş olsun diləklərini, başsağlığını verən, köməyə hazır olduğunu bildirən, kömək göstərən bütün dost ölkə və təşkilatlara millətim adımdan təşəkkür edirəm. İnşallah, ən qısa müddətdə bu çətin vəziyyəti geridə qoyacağıq”, - deyə Ərdoğan yazıb.

Rəcəb Tayyib Ərdoğan bunun ardınca başda Prezident İlham Əliyev olmaqla digər ölkələrin rəhbərlərinə təşəkkür edib:

“Xüsusilə, ilk andan etibarən dəstəklərini əsirgəməyən Can Azərbaycanın Prezidenti, dəyərli dostum İlham Əliyevə, Rusiya Prezidenti Vladimir Putinə, İspaniyanın Baş naziri Pedro Sançezə ölkəm adından təşəkkür edirəm”.

Bununla yanaşı, Türkiyə Prezidenti İran, Qətər, Xorvatiya və Ukraynaya da dəstək üçün təşəkkürünü bildirib.