14 avqust 2021 17:35
794

Bakıda yanan ev söndürülüb - FOTO/VİDEO

Bakı şəhəri, Səbail rayonu, Gülbala Əliyev küçəsində ikimərtəbəli yaşayış evində yanğın baş verib.

"İki sahil" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində yanğın genişlənməsinin qarşısı alınaraq qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.