20 avqust 2021 23:48
1508

Ət məmulatlarının faydaları

Mal əti

Mal əti enerji və protein mənbəyi olmaqla yanaşı, həm də yüksək bioloji dəyərə malik qida məhsuludur. İnsan orqanizminin inkişafı, hüceyrələrin yenilənməsi, bərpası, qan əmələ gəlməsi, sinir sisteminin möhkəmlənməsində və dərinin sağlamlığında mühüm rol oynayan ətin tərkibində 16-20% zülal, 2-40% yağ, karbohidratlar, mineral maddələr, fermentlər, həmçinin azotlu və azotsuz ekstraktiv maddələr vardır. Heyvanın növü, yaşı və bəslənməsi ilə əlaqədar olaraq, ətin kimyəvi tərkibi faiz göstəricilərinə görə müxtəlif olur.

Ətin tərkibindəki tam dəyərli zülallara misal olaraq miozin, miogen, aktin, mioqlobin və s. göstərmək olar. Ətə qırmızılıq verən isə mioqlobin zülalıdır. Miozin və miogen zülalları ferment rolu oynamaqla, ət əzələsində gedən fizioloji prosesləri sürətləndirir

Balıq əti

Balığın tərkibində doymamış yağ turşusu var. Buna görə də ətdən fərqli olaraq xolestrolun səviyyəsini aşağı salır. Əsl yararlı yağ isə Omeqa 3-dür. Damar tıxanıqlığının yaranmasının qarşısını alır. Onun tərkibində olan Omeqa 3 yağlarındakı EPA və DHA-lar eikosanoidlərin sağlam qalmasına yardımçı olur. Bu eikosanoidlər bədənin xərçəngə və digər öldürücü xəstəliklərə qarşı qoruyan hormonabənzər maddələrdir. Balıq əti oynaqlarda aşınmanın qarısını alır. Oynaqların şişməsinə yol açan romatoid artritin simptomlarını azaldır.

Mütəmadi balıq yemək gözün parlaq və sağlamlığını təmin edir. Omeqa-3 yağı görüntünün bulanıqlaşmasına yol açan və yaşla bağlı olan, degenerasiyaya məruz qalan insanlarda görmə funksiyalarını qoruyur.

Dəniz məhsulları vücudun problemsiz işləməsi üçün lazım olan yod, selenium və kaliuma malikdir. Balıq A və D vitamininə malik ən zəngin qidalardandır.

Ağ ciyərlərin qorunmasına yardımçı olur. Uşaqlarda astmanın ilkin simptomlarının qarşısını alır.

Omeqa 3-ün aşağı səviyyədə olması depressiyanın yüksək səviyyədə olması ilə bağlıdır. Dəniz məhsulları mövsümi duyğuların balansda qalmasına yardımçı olur.

Dərinin ultrabənövşəyi şüalardan aldığı zədələri aradan qaldırır. Elastikliyi və protein deposunu təmin edir.

Bağırsaq xəstəliklərindən qoruyur.

Kalmar

Kalmar əti insan orqanizminə faydalı olan ətlərdən hesab edilir. Onun tərkibində keyfiyyətli zülallar, B6, PP, C vitaminləri, doymamış yağ turşuları var. Kalmar ətində olan doymamış yağ turşuları orqanizmin qidasının balanslaşmasında rol oynayır. Kalmar molyuskunun ətində fosfor, dəmir, yod və s. elementlər var. Tərkibində çoxlu miqdarda olan arqinin və lizinə əsasən uşaq qidalarının tərkibində rast gəlmək olur. Bu ətin tərkibində xolesterin yoxdur.

Kalmar molyusku yemək ürək xəstəlikləri zamanı çox faydalıdır. Onun tərkibində olan kalium ürək əzələsinin möhkəmlənməsinə, ürəyin yaxşı işləməsinə kömək edir. Miokard xəstəliklərindən əziyyət çəkənlərə kalmar yemək çox faydalıdır. Buna səbəb isə kalmar ətinin kalim və natriumla zəngin olmasıdır. Bu maddələr orqanizmdən artıq mayenin xaric edilməsinə və orqanizmdə əmələ gələn şişkinliklərin aradan qalxmasına səbəb olur. Kalmarı sıxaraq ondan əldə edilmiş şirəni müxtəlif qidaların üstünə əlavə edirlər. Bu şirə həmin qidaların xüsusi dada malik olmasına səbəb olur.

Kalmar ətinin tərkibində, həmçinin taurin var. Bu qanda xolesterinin miqdarının azalmasına və antisklerotik təsirlərin aradan qalxmasına, arterial təzyiqin stimulyasiya edilməsinə səbəb olur. Kalmar ətində olan E vitamini və selen orqanizmdə eykozalent turşusunun artmasına səbəb olur. Bu maddə orqanizmdə ağır metal duzlarının xaric olmasına səbəb olur. Kalmar molyusku dietik qida hesab edilir və onun ətində orqanizm üçün zərərli yağ yoxdur.

Samirə Tağıyeva, "İki sahil"