25 avqust 2021 13:02
1066

Biləsuvarın sabiq icra başçısı Mahir Quliyevin məhkəməsi başlayıb

Lənkəran Ağır Cinayətlər Məhkəməsində Biləsuvar rayon İcra Hakimiyyətinin sabiq başçısı Mahir Quliyevin barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“İki sahil” xəbər verir ki,  hakim İlkin Abdullayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra sabiq icra başçısının vəkili müvəkili barəsində seçilmiş həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatət verib.
Hakimlər müşavirədən qayıtdıqdan sonra vəsatətin təmin olunmadığını elan ediblər.

Məhkəmə baxışı sentyarın 2-ə təyin edilib.