13 sentyabr 2021 14:02
1290

SOCAR-ın Kulevi terminalında ilk bitum tankeri boşaldılıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qara dənizdəki Kulevi neft terminalında ilk bitum tankeri boşaldılıb.

"İki sahil" bu barədə terminalın saytına istinadən məlumat verir.

Beləliklə, Kulevi neft terminalı regionda bitum məhsulunun dəniz tankerinə qəbulu və boşaldılması üzrə ilk terminal olub.

Qeyd edək ki, Kulevi terminalında bitum məhsullarının qəbulu və boşaldılması ilə bağlı tikinti işləri may ayında başlamışdı.