Bəzən hansısa ölkənin ali təhsil müəssisələrində təhsil almış şəxslərin diplomlarının tanınmaması ilə bağlı problem ortaya çıxır.
“İki sahil” xəbər verir ki, bunu "Media və təhsil dialoqu" mövzusunda keçirilən təlimdə çıxışı zamanı təhsil nazirinin müavini Firudin Qurbanov deyib. O bildirib ki, nostrifikasiya prosesində bir neçə kriteriya var: "Birinci növbədə xaricdə təhsil almış şəxsin sərhədi nə qədər keçdiyi yoxlanılır. Bəzən sorğuya cavab gəlir ki, cəmi 3 gün həmin ölkədə olub. Bu halda necə təhsil almaq olar?! Həmçinin hansı dildə təhsil alması, ixtisası üzrə suallar veriləndə, dili bilmədiyi, ixtisasına hakim olmadığı üzə çıxır. Ona görə də həmin şəxsin diplomu tanınmır. Əgər belə diplomlar tanınsa, ölkəmizin gələcəyi üçün problem yarana bilər".
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO