"YUNESCO missiyasının azad edilmiş ərazilərinə səfəri ilə bağlı danışıqlar davam etdirilir".
"İki sahil" xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanın şərtləri və bu missiyanın təşkili ilə bağlı texniki detallar YUNESCO-ya çatdırılıb: "Məsələ ilə bağlı YUNESCO qərar verməlidir. Biz onların bu məsələdə ədalətli və qərəzsiz mövqe tutmalarını gözləyirik. Biz gözləyirik ki, təşkilat məsələni siyasiləşdirməyəcək, məsələ sırf öz mandatına uyğun olaraq həyata keçiriləcək. Bu missiyanın həyata keçirilməsində çox maraqlıyıq. Çünki biz istərdik ki, bütün dünya Qarabağda olan tarix-mədəniyyət abidələrimizin dağıdılması faktlarını araşdırsın və onlara qiymət versin. Ona görə də Azərbaycan hər zaman belə bir missiyanın keçirilməsinin tərəfdarı olub. Biz sadəcə olaraq gözləyirik ki, YUNESCO da bu bu məsələyə eyni həsaslıqla yanaşsın".
Şuşada “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub
"AnewZ" "Cəbhə xətti: Koreya – bir müharibə, iki həll" sənədli filmini təqdim edib
Vaqif Poeziya Günləri çərçivəsində “Şuşa gecələri – interaktiv poeziya saatı" təşkil edilib