Azərbaycan rəhbərliyinin Rusiyada öz tərəf müqabilləri ilə kontaktları mövcuddur
Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə xarici vətəndaşların qanunsuz səfərləri müşahidə olunmaqdadır. Təbii ki, belə səfərlər birmənalı olaraq beynəlxalq prinsiplərə və Azərbaycanın qanunlarına ziddir. Azərbaycan dövləti belə halların qarşısının alınması istiqamətində prinsipial mövqe nümayiş etdirir. Təbii ki, bu mövcud prinsiplər nəzərə alınmalıdır və belə hallara son qoyulması labüddür.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin Anadolu Agentliyinə müsahibəsində sözügedən mövzu da diqqətdə olub.
Milli Məclisin deputatı Rasim Musabəyov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, demək olmaz ki, Qarabağda Rusiya sülhməramlılarının nəzarətində olan ərazilərə xarici vətəndaşların qanunsuz səfərləri ilə bağlı Azərbaycanın mövqeyi nəzərə alınmır: “Azərbaycanın iradları çatdırılır və ona reaksiya verilir. Sadəcə olaraq müəyyən istisnalar baş verir, hansılara ki, Azərbaycan razılıq vermirdi. Belə ki, İran maşınlarının keçməsi məsələsi var, sonra həmin əraziyə Fransa parlamentinin üzvləri gəlmişdi. Yəni, bu cür hadisələr olub, Azərbaycan bununla bağlı öz iradını çatdırır və bunlar təsirsiz qalmır. Sadəcə olaraq dialoqdur, rus sülhməramlılarının da Azərbaycana xeyli müraciətləri olur. Onların bir çox daşınmaları Azərbaycan ərazisindən – Gəncə Beynəlxalq Hava Limanından və dəmir yolundan istifadə olunaraq həyata keçirilir.”
R.Musabəyov xüsusi vurğuladı ki, bizim hər zaman öz narazılığımızı onlara təkcə sözlə yox, digər yollarla çatdırmaq imkanlarımız var: “Bir məsələ də var ki, Azərbaycan rəhbərliyinin həm Prezident, həm xarici işlər naziri, həm də müdafiə naziri səviyyəsində Rusiyada öz tərəf müqabilləri ilə kontaktları mövcuddur. Narazılıqlar olur, ancaq mən deməzdim ki, burada hansısa sərt addımlara ehtiyac var. Bu fikri də Prezident İlham Əliyev müsahibəsində birmənalı şəkildə çatdırdı.”
Cavid Əkbərov, “İki sahil”
Prezident İlham Əliyevin Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili ilə təkbətək görüşü olub - YENİLƏNİB/FOTO
Prezident İlham Əliyevin Tbilisidə rəsmi qarşılanma mərasimi olub - YENİLƏNİB/FOTO