Gürcüstanla Azərbaycan arasında münasibətlər olduqca intensivdir. Münasibətlərimiz müxtəlif sahələrdə əməkdaşlığı əhatə edir.
“İki sahil” xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Azərbaycan Prezidenti İlham Əliyevin Tbilisiyə dövlət səfərini şərh edərkən deyib.
O qeyd edib ki, yüksək vəzifəli dövlət rəsmilərinin görüşləri çox vacib əhəmiyyət kəsb edir.
"Strateji tərəfdaşımız, qonşumuz və dost ölkəmizin dövlət başçısının Gürcüstana səfəri bizim üçün çox vacibdir. Azərbaycan Prezidentinin Gürcüstanın baş naziri və dövlət başçısı ilə görüşləri olacaq. Xüsusilə regionda gedən proseslər fonunda qonşu və dost dövlətlər arasında siyasi və iqtisadi əlaqələrin gücləndirilməsi vacibdir. Azərbaycan Prezidentinin Gürcüstana səfəri çərçivəsində bütün mühüm məsələləri müzakirə edəcəyik", - Boçorişvili əlavə edib.
Azərbaycan ilə Küveyt arasında səhiyyə sahəsində əməkdaşlığın inkişafı müzakirə olunub
Prezidentin köməkçisi Hikmət Hacıyev ilə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan arasında işgüzar görüş keçirilib
Beynəlxalq konfrans iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını, Şəhidlər xiyabanını və “Türk şəhidliyi” abidəsini ziyarət ediblər