Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Əliabad kənd sakini Zeynallı Hüseyn Vətənxan oğlunun şəhadətinin ildönümünə həsr olunmuş mərasim keçirilib.
“İki sahil” xəbər verir ki, mərasimdə YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad rayon İcra Hakimiyyəti, rayon hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri mərasimdə iştirak edib, şəhidin valideynlərinə dərin hüznlə başsağlığı verib, əziz xatirəsini ehtiramla yad ediblər.
Allah bütün şəhidlərimizə rəhmət etsin!