05 oktyabr 2021 10:49
2049

Xudatda şadlıq sarayının rəhbərliyi cərimələnib

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Xaçmaz rayonu, Xudat şəhərində fəaliyyət göstərən “Qala” şadlıq sarayında keçirilən baxış zamanı pandemiya dövrünün tələblərinin pozulduğu aşkar olunub.

AQTA-dan "İki sahil"ə verilən məlumata görə, yoxlama zamanı pandemiya dövrünün tələblərinə əsasən, xidmət göstərən işçi heyətin bəzilərinin tibbi maskalardan, əlcəklərdən və digər fərdi qoruyucu vasitələrdən istifadə etmədiyi məlum olub. Aşkarlanan pozuntularla bağlı müəssisənin rəhbərliyi inzibati məsuliyyətə cəlb olunub.