30 iyun 2025 01:35
127

Zərdabda talvar, taya və tövlə yanıb

Zərdab rayonunun Məlikumudlu kəndində ümumi sahəsi 180 m² olan talvarın yanar konstruksiyaları, altında yığılan 10 ton ot bağlaması və sahəsi 150 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 10 m² sahədə yanıb.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.