Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatının fəalları şəhid ailələrini ziyarətlərini davam etdirir.
Şəhid baş leytenant Rustamov Ruslan Nüsrət oğlunun şərəfli həyat yolu və göstərdiyi qəhrəmanlıq heç bir zaman unudulmayacaq.
“İki sahil” xəbər verir ki, YAP Şirvan şəhər təşkilatının üzvləri Vətən uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər. Şəhidin şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan mərasim iştirakçıları R.Rustamov kimi oğulların qəlblərdə yaşayacaqlarını, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsinin daim əziz tutulacağını vurğulayıblar.
Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi Qələbədən bəhs edilən mərasimdə həmin qələbədə payı olan Ruslan Rüstəmov kimi qəhrəman oğullarımızla hər birimizin fəxr etdiyini bildirliib, əldə etdiyimiz şanlı Qələbəyə görə şəhidlərimizə, qazilərimizə borclu olduğumuz da qeyd edilib.