13 oktyabr 2021 15:16
645

Müdafiə Nazirliyi məlumat yaydı: Əhalini təşvişə düşməməyə çağırırıq

Müdafiə Nazirliyi məlumat yayıb.

“İki sahil” xəbər verir ki,  məlumatda bildirilir:  "Azərbaycan Ordusunun Mühəndis-İstehkam Qoşunlarının bölmələri istismar müddəti başa çatmış və istifadəyə yararsız olan minaların Seyfəli poliqonunda utilizasiyasını həyata keçirir.

Aparılan partlayış işləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və bildiririk ki, narahatlığa heç bir əsas yoxdur".