SOCAR 2021-ci ilin üçüncü rübündə qazma və hasilat üzrə artıma nail olub. Şirkət üzrə 20 min metrdən artıq qazma işi həyata keçirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 82 faiz çoxdur.
SOCAR-dan "İki sahil"ə bildirilib ki, şirkətin istismar etdiyi yataqlarda 2 milyon tona yaxın neft, 2 milyard kubmetrə yaxın qaz çıxarılıb və beləliklə, SOCAR əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə neft hasilatını 10 faiz, qaz hasilatını isə 9 faiz artırıb. Şirkətin istismar etdiyi neft və qaz yataqlarında hasilat səviyyəsinin sabit saxlanılması məqsədilə həyata keçirilən kompleks tədbirlər planı davamlı şəkildə icra olunub.
SOCAR-ın təşəbbüsü ilə Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində gənc media nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub
Fərid Şəfiyev Ermənistan-Azərbaycan münaqişəsinin yanlış və birtərəfli şəkildə təqdim edilməsindən narahatlığını ifadə edib
SOCAR ilə Çinin “CNOOC” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb - FOTO