07 mart 2016 18:08
92

Mədəniyyət və Turizm İdarəsi yeni loqosunu təqdim edib

Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi yeni tərtibdə loqosunu təqdim edib.

İdarədən AZƏRTAC-a bildirilib ki, XVIII əsr Bakı xalça məktəbinə aid olan xovlu xalça elementlərini özündə əks etdirən, qeyri-adi naxış və rəng çalarları ilə tərtib edilmiş loqo, Azərbaycanın nə qədər qədim mədəni irsə və tarixə sahib olduğunu bir daha təsdiqləyir.

Yeni loqo Mədəniyyət və Turizm İdarəsinin brendi kimi qurumun fəaliyyətinə aid bütün yazılı, elektron sənəd, xəbər və reklam formalı nəşrlərdə əks olunacaq.