16 oktyabr 2021 08:00
921

İstismar müddəti başa çatan qaz xətləri yenilənir

“Azəriqaz” İB bütün ölkə üzrə qaz təchizatının yaxşılaşdırılması istiqamətində işləri davam etdirir.

İB-dən "İki sahil"ə verilən məlumata görə, Şəmkir Regional qaz istismarı İdarəsinin Qazax xidmət sahəsi tərəfindən istismar müddəti başa çatan yeraltı qaz xətlərinin əvəzlənməsi işləri həyata keçirilir. Ağstafa rayonunda da korroziyaya uğrayan yeraltı qaz xətlərinin yenilənməsi işləri icra olunur. Yeni xətlər hazır olduqdan sonra xeyli abonentin qaz təchizatı yaxşılaşdırılacaq.

Bundan əlavə Qaradağ rayonu, Sahil qəsəbəsində on min abonentin qaz təchizatı yaxşılaşdırılır. “Azəriqaz” İB-nin Təmir-tikinti İdarəsi tərəfindən diametri 325 millimetr olan korroziyaya uğramış yeraltı qaz xətti diametri 315 millimetr olan yeni polietilen boru ilə əvəzlənib. Kəmərdə qaz təzyiqinin tənzimlənməsi üçün kollektor və ölçü qovşağı quraşdırılıb. Qaz istehlakçılarını normal təzyiqdə təbii qazla təmin etmək üçün ölçü qovşağına tənzimləyici qurğular qoyulub.

Qeyd edək ki, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.