16 oktyabr 2021 09:50
465

"Azəriqaz"ın növbəti "Açıq mikrofon" aksiyası Zərdabda keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyinin növbəti, yəni sayca 21-ci "Açıq mikrofon" aksiyası baş tutacaq.

“İki sahil” xəbər verir ki, bu barədə "Azəriqaz" məlumat yayıb.

Bildirilib ki, “Səyyar qəbul otağ”ı oktyabrın 18-i Zərdab rayonunun Kəndəbil və Ağabağı kəndlərində təşkil olunacaq. Aksiyanın təşkilində əsas məqsəd sakinlərə heç bir yerə getmədən, vaxt itirmədən, əziyyət çəkmədən öz problem və təkliflərini səsləndirmək imkanı yaratmaqdır. Odur ki, bu kəndlərin sakinləri "Səyyar qəbul otağ"ının imkanlarından rahatlıqla istifadə edərək qaz təchizatı ilə bağlı istənilən müraciətlərini bildirə bilərlər.

“Açıq mikrofon” aksiyası saat 11:00-dan 13:00-a qədər davam edəcək.