18 oktyabr 2021 09:05
539

37 dəqiqəyə 247 çöp kabab yedi

Türkiyənin Dənizli bölgəsində restoranlardan biri ənənəvi olaraq çöp kababı yemək üzrə yarışlar təşkil edir.

Bu dəfəki yarışda isə yeni rekord müəyyənləşdirilib.

Belə ki, tədbirə Ankaradan qatılan Şahika Özən 37 dəqiqəyə 247 çöp kabab yeyərək rekord qırıb.

Bununla da, gənc xanım 13 min türk lirəsi dəyərində pul mükafatının sahibi olub.

Oxu.Az