18 oktyabr 2021 15:13
559

“Azəriqaz” İB ilə REAL TV-nin yeni layihəsi reallaşacaq - FOTO

“Azəriqaz” İB vətəndaşların müraciət və təkliflərinin vaxtında ünvanına çatması üçün müxtəlif layihələr həyata keçirir. Canlı yayımlar, eləcə də “Açıq mikrofon” kimi aksiyalar vətəndaşın rahat və sərbəst şəkildə problemlərini səsləndirməsinə hesablanmış addımlardır. Təcrübə göstərir ki, bu cür aksiyalar Birliyin rəhbərliyi ilə vətəndaşlar arasındakı ünsiyyəti daha da səmərəli edir, səmimi ortam yaradır.

“İki sahil” xəbər verir ki, “Azəriqaz” İB-nin əsas məqsədi məmur əlçatanlığına maksimum nail olmaqdır. “Hər bir məmur xalqın xidmətçisidir” ifadəsi praktik olaraq dəstəklənir və bütün addımlar bu istiqamətə hesablanır. Vətəndaşlarla əlaqənin daha da intensivləşməsi üçün Birlik Real TV ilə yeni layihəyə start verəcək. “Vətəndaşın QAZ anı” adı ilə ərsəyə gələcək verliş hər həftənin bazarertəsi, saat 14:30-da efirdə olacaq. Birliyin səlahiyyətli şəxslərinin iştirakı ilə baş tutacaq proqramda vətəndaşların sualları cavablandırılacaq, problem və təklifləri dinləniləcək.