19 oktyabr 2021 13:13
694

Şirkətimiz indiyədək Türkiyəyə 16 milyard ABŞ dolları məbləğində sərmayə yatırıb- Zaur Qəhrəmanov

Oktyabrın 1-dən qüvvəyə minən yeni sazişə əsasən, üç il ərzində Azərbaycandan Türkiyəyə əlavə olaraq 11 milyard kubmetr qaz ixrac ediləcək. Bu il üçün əlavə olaraq həcmlər nəzərdə tutulmur. Bildiyiniz kimi, Azərbaycan qaz ehtiyatları baxımından zəngin ölkədir. Gələcək illərdə bu ehtiyatların işlənməsi ilə qardaş ölkəyə, eləcə də Avropaya əlavə qaz idxalı haqqında danışmaq olar.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan mediasına açıqlamasında “SOCAR Turkey Enerji A.Ş.”nin (STEAŞ) baş direktoru Zaur Qəhrəmanov bildirib.

Z.Qəhrəmanov deyib: “SOCAR Turkey Enerji A.Ş.” olaraq biz layihələrimizi davam etdiririk və şirkətimiz tərəfindən indiyədək Türkiyəyə 16,5 milyard ABŞ dolları məbləğində sərmayə qoyulub. Əlavə sərmayə layihələri barədə danışıqlar aparılır. Əvvəlcə neft-kimya və qaz sahəsi üzrə artım nəzərdə tutulub. Bununla əlaqədar qarşıdan gələn il açıqlamalarımız olacaq”.