22 oktyabr 2021 23:07
1009

Rəşadətlə şəhadətə... - VİDEO

Bu gün Rəşad Mehdiyevin şəhid olduğu gündən 1 il keçir

Bu gün Mehdiyev Rəşad Rəhman oğlunun Azərbaycan əzəli, tarixi torpaqlarının azadlığı uğrunda gedən döyüşlərdə bir dağın zirvəsindən şəhidlik zirvəsinə ucaldığı gündən bir il keçir.

Şəhid Rəşad Mehdiyevin adına Xırdalan şəhərində inşa edilən bulağın açılışı oldu.

“İki sahil” xəbər verir ki, bulağın açılış mərasimində şəhidin yaxınları, iş yoldaşları, döyüş yoldaşları, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və ictimaiyyət nümayəndələri iştirak etdilər.

Qeyd edək ki, şəhidimiz Rəşad Mehdiyev EHİM-də təcrübə keçib.

2019-cu il 19 noyabr tarixindən etibarən isə Mərkəzin Data laboratoriyası departamentinin Data mühəndisliyi şöbəsində mütəxəssis vəzifəsində çalışıb.

Şəhidimin pak qəlbi, gördüyü xeyirxah əməlllər onun cənnətdə olduğundan xəbər verir.

29 sentyabr 2020-ci il tarixindən Vətən müharibəsinə qatılan Rəşad Mehdiyev 2020-ci il 20 oktyabr tarixində Ərgünəş yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhadətə yüksəlib.

Prezident İlham Əliyevin Sərəncamına əsasən şəhid Rəşad Mehdiyev "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Məqamın, məkanın mübarək, rəşadətli döyüşüb, şəhadətə ucalanım...