23 oktyabr 2021 03:35
563

Yaponiya öz "nüvə potensialını" bərpa edəcək

Yaponiya bərpa olunan enerji mənbələrinin inkişafını və atom elektrik stansiyaları (nüvə elektrik stansiyaları) şəklində "nüvə potensialının" yenidən qurulmasını nəzərdə tutan yeni enerji siyasətini təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə "Associated Press" agentliyi xəbər verib.

Məlumata əsasən, bu cür qaydalar karbon neytrallığına nail olmaq üçün lazımdır.

Enerji planı təmiz enerji mənbələrindən istifadənin kəskin artırılmasını nəzərdə tutur. Yaponiya 2050-ci ilə qədər karbon neytrallığına nail olmaq üçün tullantıları 2013-cü il səviyyəsindən 46 faiz azaltmağına dair öhdəlik götürüb. Hazırda ölkədə bərpa olunan enerji mənbələrinin payı 22-24 faiz təşkil edir. Atom elektrik stansiyaları əsas mənbələrdən biri olacaq.