23 oktyabr 2021 22:02
858

Azərbaycan Misirdə keçiriləcək folklor festivalında təmsil olunacaq

Misirin İsmailiyə şəhərində 21-ci Beynəlxalq Folklor Festivalı keçiriləcək.

“İki sahil” xəbər verir ki, 8 ölkənin folklor nümunələrinin – mahnı və rəqslərini təqdim ediləcəyi festivalda ölkəmizi “Cəngi” estrada və folklor ansamblı təmsil edəcək.

Oktyabrın 24-də İsmailiyə şəhərinin mərkəzi meydanında Azərbaycan, İordaniya, Meksika, Sudan, Nepal, İndoneziya, Konqo və Fələstin, habelə Misirin 17 vilayətinin folklor qruplarının keçid mərasimi olacaq. Daha sonra incəsənət ustaları şəhərin Konqres Mərkəzində keçiriləcək açılış mərasimində iştirak edəcəklər.