Oktyabr 23-də YAP Cəlilabad rayon təşkilatının rəhbərliyi və fəalları, Cəlilabad Rayon İcra Hakimiyyəti, hüquq-mühafizə orqanları, din xadimləri, qazilər və rayon ictimaiyyətinin nümayəndələri Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən Vətən müharibəsindəki döyüşlərdə qəhrəmancasına şəhid olan Cəlilabad rayonu Edişə kəndindən olan şəhid Məmmədov Əsgər Zaur oğlu, Gülməmmədli kəndindən olan şəhid Paşayev Cavid Vəlican oğlu və Bəcirəvan kəndindən olan şəhid Şərifov Mirnağı Qasım oğlunun şəhadətlərinin ildönümünə həsr olunmuş mərasimlərdə iştirak ediblər.
“İki sahil” xəbər verir ki, mərasimlərdə Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib, ruhlarına dualar oxunub, onların döyüş yolu barədə söhbət açılıb və valideynlərinə dərin hüznlə başsağlığı verilib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!