25 oktyabr 2021 14:22
1144

Əməkdar artist itkin düşüb

Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya Moskvada itkin düşüb.

“İki sahil” xəbər verir ki, bu barədə "TASS"a yerli hüquq-mühafizə orqanlarındakı mənbə məlumat ötürüb.

Bildirilib ki, aktrisa ilə sonuncu dəfə oktyabrın 21-də əlaqə saxlamaq mümkün olub. Hazırda yerinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.

İlkin məlumata görə, S.Svetliçnaya demensiyadan (yaddaşı itirmək) əziyyət çəkir.

Qeyd edək ki, 81 yaşlı aktrisa "Brilyant əl", "Baharın on yeddi anı", "Görüş yeri dəyişdirilə bilməz" kimi bir çox filmlərdə rol alıb.