25 oktyabr 2021 19:30
742

Tatarıstanda yaşayış binasında partlayış olub

Tatarıstanın Naberejnıye Çelnı şəhərində yaşayış binasında partlayış baş verib.

“İki sahil” xəbər verir ki, yaşayış binasının iki mərtəbəsində bir neçə mənzil dağılıb.

Partlayış Yeni Şəhərdə, 48/21 ünvanında yerləşən panel beşmərtəbəli binada baş verib. Partlayış nəticəsində ölən və yaralananların olduğu bildirilib.

İlkin məlumatlara görə, 4 nəfər yaralanıb, 32 nəfər təxliyə edilib, dağıntılar altında bir neçə nəfər qalıb.

Partlayşın qaz sızmasından baş verdiyi bildirilib.

Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin xilasetmə briqadaları işləyir.