“Azəriqaz” İstehsalat Birliyinin rəhbər şəxslərinin növbəti onlayn vətəndaş qəbulu oktyabr ayının 29-da saat 12:00-da keçiriləcək.
“İki sahil” xəbər verir ki, baş direktor Ruslan Əliyev İmişli rayonu, baş direktorun istismar üzrə müavini Cahid Hüseynov Neftçala rayonu, baş direktorun əsaslı tikinti üzrə müavini Ramil İsgəndərov Salyan rayon sakinləri ilə videoformatda keçiriləcək görüş zamanı vətəndaşların müraciətlərini dinləyəcəklər. Qəbula dair əlavə məlumat almaq istəyənlər Birliyin Salyan Regional qaz istismarı İdarəsinə müraciət edə bilərlər.
SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin yeni brend adı təqdim edilib - FOTO
SOCAR-ın prezidenti “Özbəkistanın nefti və qazı” 28-ci beynəlxalq sərgi-konfransında iştirak edib - FOTO