"Sent Etyen" klubunun futbolçusu Vəhbi Xəzri "Mets"lə Fransa Liqa 1-in XII tur oyunu zamanı 68 metrlik məsafədən qol vurub.
“İki sahil” xəbər verir ki, 16-cı dəqiqədə topu meydanın özlərinə aid hissəsində qəbul edən tunisli yarımmüdafiəçi bir qədər irəlilədikdən sonra "paraşüt" zərbəsi endirib. Top irəlidə olan qapıçının başı üzərindən tora daxil olub.
Bu, Liqa 1-in rekordudur. Liqa 1-də statistikanın aparılmağa başlanıldığı 2006/2007 mövsümündən indiyədək heç bir oyunçu belə uzun məsafədən fərqlənə bilməyib.
Qeyd edək ki, Vəhbi Xəzrinin qolu sayəsində "Sent Etyen" 1:1 hesablı heç-heçəyə nail olub. Hazırda bu komanda 12 oyundan 6 xalla sonuncu - 20-ci pillədə qərarlaşıb. "Mets" isə 7 xalla 19-cudur.
Wahbi Khazri casually scoring from 70 yards for Saint-Etienne against Metz yesterdaypic.twitter.com/PYXaNkMQzz
— Robin Bairner (@RBairner) October 31, 2021
Bakıda keçirilən cüdo üzrə dünya çempionatının son günündə Azərbaycan millisi Avstriya ilə qarşılaşacaq
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib