15 noyabr 2021 10:47
847

Türk əsilli futbolçu Enes Sali Avropanın futbol tarixinə düşüb

Rumıniya millisinin formasını ilk dəfə geyinən türk əsilli Enes Sali 15 yaş 264 günlə milli komandanın rəsmi oyununa çıxan ən gənc avropalı futbolçu olub.

“İki sahil” xəbər verir ki, Enes DÇ-2022-nin seçmə mərhələsində J qrupunun 10-cu həftəsində ilk dəfə Lixtenşteynlə oyunun 82-ci dəqiqəsində Rumıniya milli komandasının formasını geyinib.

George Hacinin baş məşqçisi olduğu “Farul Konstanta” klubunda çıxış edən Enes bununla norveçli Martin Odeqaardın (15 yaş 300 gün) rekordunu qırıb. Gənc futbolçu 15 yaş 202 günlə Rumıniya Birinci Liqasında qol vuran ən gənc oyunçu kimi də qeydə alınıb.