24 noyabr 2021 16:40
1207

Əli Ağaoğlu: SOCAR-ın yeni istiqrazlarına tələbat 380 milyon dolları üstələyib VİDEO

“SOCAR Türkiyə”-nin Xəzinə Qrup Direktoru və SOCAR-ın Maliyyə məsələləri üzrə baş məsləhətçisi Əli Ağaoğlu SOCAR İstiqrazları, kapital bazarları, inflyasiya ilə bağlı proqnozlar, kriptovalyutaların gələcəyi, ənənəvi və alternativ enerji vasitələrinin gələcəkdəki rolu, elektromobillərə keçid mərhələsi haqqında öz fikirlərini bölüşüb.

Əli Ağaoğlu məlumat verib ki, SOCAR-ın ilk istiqrazı ilə ikinci istiqrazının ortaq üstünlükləri var. Bunlardan biri, SOCAR istiqrazlarını girov qoyaraq kredit almaq mümkündür. Biri də likvidliyini qoruya bilib. Fərq isə yalnız faiz dərəcəsindədir. İlk istiqrazın 3 ayda bir dəfə ödənilən 5 faiz idisə, ikinci istiqrazın ödənilən faizi 4.5-dir. İlk SOCAR istiqrazlarının 60 faizini fiziki şəxslər əldə etmişdi.

Əsas məqsəd isə bu istiqrazlardan Azərbaycan vətəndaşları gəlir əldə edəcək.

Əli Ağaoğlu müsahibəsində onu da bildirib ki, SOCAR-ın yeni istiqrazlarına olan tələbat 380 milyon dolları üstələyib.

Əli Ağaoğlu müsahibəsində zəngin olmaq və gəlirləri necə idarə etməklə bağlı da maraqlı fikirlər səsləndirib.

Həmin müsahibəni təqdim edirik: