24 noyabr 2021 16:31
997

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq

Şuşa 2023-cü ildə türk dünyasının paytaxtı elan olunacaq.

“İki sahil” xəbər verir ki, bunu mədəniyyət naziri Anar Kərimov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.

"Bu məlumat TÜRKSOY-un toplantısında elan olunacaqdı, amma mən prosesləri qabaqlamaq istədim. Bütün türkdilli qardaşlarımızın iştirakı ilə tədbirlər keçiriləcək",- nazir qeyd edib.