25 noyabr 2021 10:31
381

Ətrafımda divar tiksəniz də, arasından keçib gedəcəyəm

Polşanın "Legiya" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli İngiltərədə "Lester"ə qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyunundan əvvəl paylaşım edib.

“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu görüşün oynanılacağı "Kinq Pauer" stadionundan məşq fotolarını yayıb.

Son oyunlarda tənqid hədəfinə çevrilən oyunçu "If you plan to build walls around me, know this: I will walk through them" ("Ətrafımda divarlar tikməyi planlaşdırırsınızsa, bilin ki, mən bunların arasından keçib gedəcəyəm") yazıb.

Qeyd edək ki, bu gün keçiriləcək "Lester" - "Legiya" matçı saat 00:00-da start götürəcək.