25 noyabr 2021 14:39
302

Tovuzda 5 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

“İki sahil” xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.