Azyaşlı uşaqlar da depressiya düşə bilirlər. Təsadüfi deyildir ki son zamanlara uşaqlarda depressiya aşkarlanır. Bəs uşağın depressiya düşməsinə səbəb nədir?
Valideynlər nəzərə almırlar ki, yaşanan hadisələrlə bağlı uşaqlar ciddi əsəb gərginlikləri keçirirlər. Belə fikir söyləyirlər: “Hələ nə yaşı var ki, depressiyaya düşsün?” Lakin aparılan araşdırmalar bunun yalnış düşüncə olduğunu göstərir.
Qarşımıza çıxan problemlərlə az-çox mübarizə apara bilirik. Lakin uşaqlar daha çox təsirinə məruz qalırlar. Buna görə gələcəyimiz olan uşaqları depressiyadan uzaq tutmaq üçün əlimizdən gələni etməliyik.
Kiçik yaşlı uşaqların depressiya düşməsinin bir çox səbəbi var. Bunlardan hansıları göstərə bilərik?
1) Bağçada, məktəbdə, ailədə baş verən mənfi hadisələr;
2) Fiziki problemlər.
3) Ailəyə yeni övladın gəlməsi.
4) Valideynlərin böyük əksəriyyətində belə fikir formalaşıb ki, “uşaq nəyin yaxşı nəyin pis olduğuna qərar verə bilməz. Ata-anası olaraq biz onun yerinə qərar veririk. Özü valideyn olanda bunu daha yaxşı anlayacaq deyirlər”. Bu fikir o qədər doğru deyil. Çünki hər zaman övladınızın yerinə qərar verməyiniz, istəmədiyi birşeyi etməyə məcbur etmək, depressiya düşməsinə səbəb ola bilir.
Uzunmüddətli stresin uşaqlarda- düşüncələrinə, psixologiyasına, hələ tam formalaşmamış xarakterinə ziyan vurur. Nəticə buda gələcəkdə pis nəticələrə gətirib çıxarır.
Depressiyadan aldığı zərbəyə görə uşaqlar, sonralar öz həyatlarını qurduqları zaman, cəmiyyətdə yer tutmasında, dostları ilə münasibət qurduqları zamanı çətinliklərlə qarşılaşırlar.
Bunun qarşısını almaq üçün valideynlər övladlarına qarşı daha diqqətli olmalı, bu problemi həll etmək üçün çıxış yollarını bilməlidirlər. Bunun üçün də maarifləndirməlidirlər.
Valideynlər uşaqlarında bunun olmasını göstərən hansı əlamətlərin fərqinə varmalıdırlar?
1) Yuxu rejimində problem olarsa. Gec yuxuya gedərsə, yuxudan oyanmaq da çətinlik çəkərsə. Bəzən valideynlər normadan artıq yatmasını əsəblərinin sakit olduğunu zənn edirlər. Lakin əksinə, əlamətlərdən biridir.
2) Yeməyində dəyişiklik olarsa. İştahsızlıq zamanında yemək istəməməsi.
3) Tualet vərdişində dəyişikliyin olması. Yəni, tez-tez və ya gec-gec getməsi.
4) Dırnaqyemə, saçyolma, və.s kimi əlamətlər uşağın daxili narahatlıq keçirdiyini göstərir.
5) Özünə qapanma.
6) Normadan artıq qorxu varsa.
7) Həddindən artıq narahatlıq, eləcə də gündəlik həyatda baş verənlərə sakit yanaşma edə bilmirsə.
8) Valideynlərə həddindən artıq qayğısına ehtiyac duyarsa.
9) Barmaqəmmə, altını islatma.
10) Sevdiyi insanlardan ayrı qalmaq qorxusu.
11) Səbəbsiz ağlaması.
12) Valideynlərin həddindən artıq qoruması, sərbəstliklərinin əlindən alınması.
Valideynlər övladlarını necə qoruya bilərlər?
Depressiyanı aradan qaldırmaq üçün övladınıza kömək edin, bunun özlüyündən keçib gedəcəyini düşünməyin. Onunla söhbət edin, danışdırmaqla problemini öyrənməyə çalışın. Bu zaman ona çox yükləməyin, bacardığınız qədər yaxınlaşın. Onu sevdiyinizi hiss etdirməklə yanaşı, depressiya ilə mübarizə aparmaq yollarını övladınıza öyrədin.
Depresiya zamanı bəzən valideynlər uşağın davranışlarını sərt üsullarla düzəltməyə çalışırlar. Lakin bu addım uşağın özünə inamsızlığını, depressiya səviyyəsini daha da artıracaqdır. Problemi aradan qaldıra bilmirsinizsə, bu zaman vaxtında mütəxəssisə müraciət edin.
Unutmayın ki, hər problem vaxtında həll olunması, sonrakı illərdə böyük problemlərin qarşısını alır.
Zümrüd Haqverdiyeva,
Psixoloq