26 noyabr 2021 23:06
853

Əməkdar artist "Qisas mələyi"ndə - FOTO

Azərbaycanın Əməkdar artisti Timur Bədəlbəyli Rusiyanın Birinci kanalında təqdim olunacaq "Qisas mələyi" detektiv serialında rol alıb.

“İki sahil” xəbər verir ki, 12 seriyadan ibarən olan ekran işi "Mars Media" kino şirkəti tərəfindən çəkilib.

Daria Poltoratskayanın rejissorluq etdiyi layihədə Bədəlbəylidən başqa, Denis Nikiforov, Tatyana Arntqolts, Pyotr Barançeyev, Maksim Bityukov, Yuri Baturin və Nelli Uvarova rol alıb.

Serialın premyerası gələn il olacaq.