28 noyabr 2021 01:25
586

Tokioda taxtadan göydələn tikmək istəyirlər

Taxta evlərin tikintisi üzrə ixtisaslaşmış Yaponiyanın “Sumitomo Forestry Co” şirkəti Tokioda 350 metrlik göydələn tikmək planını təqdim edib.

“İki sahil” xəbər verir ki, hündürlüyü 350 metr olacaq binanın 90 faizi ağacdan tikiləcək və konstruksiyanı dəstəkləmək üçün az miqdarda poladdan istifadə olunacaq. Gələcək göydələnin yaşayış sahəsi 455 min kvadratmetrdir. Binada yerləşəcək mənzillər, ofislər və mağazalar da tamamilə ağacdan hazırlanacaq.

Son hesablamalara görə, belə bir göydələnin tikintisinin dəyəri təqribən 5,6 milyard dollar təşkil edəcək ki, bu da adi binanın dəyərindən təxminən iki dəfə çoxdur.