28 noyabr 2021 01:07
825

Liderlərin Soçidəki görüşü Latviya mətbuatının diqqətindədir

Latviyanın ən böyük xəbər portallarından olan “tvnet.lv” və “jauns.lv”-də Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın noyabrın 26-da Soçi şəhərində keçirilən üçtərəfli görüşünə geniş yer ayrılıb.

Məqalələrdə Rusiyanın razılığın əldə olunmasında vasitəçiliyi barədə məlumat verilib. Materiallarda, həmçinin Prezident İlham Əliyevin Ermənistan tərəfinə qarşıdurmaya son qoymaq, bir-birinin ərazi bütövlüyünü, suverenliyini tanımaq və gələcəkdə qonşuluq münasibətləri qurmaq təklifinə diqqət çəkilir.

Məqalələrdə münaqişənin tarixi barədə ətraflı məlumat verilib.

AZƏRTAC