28 noyabr 2021 03:32
835

Ölmüş namizəd seçkilərdə qalib gəlib

Hindistanın Bihar ştatının Dipakarxar kəndinin sakinləri yerli özünüidarəetmə orqanlarına keçirilən seçkilərdə iki həftə əvvəl həyatını itirmiş şəxsi qalib ediblər.

“İki sahil” xəbər verir ki, yerli hakimiyyət orqanının və seçki komissiyasnın rəsmi qələbə sertifikatlarını təqdim etdiyi mərasimdə qaliblərdən biri olan Sohan Murmunun həyatda olmadığı məlum olub.

Məsələyə aydınlıq gətirən S. Murmunun ailə üzvləri mətbuata açıqlamasında bildirblər ki, namizədin ən böyük arzusu seçkiləri qazanmaq olub.

Bu səbəbdən onlar namizədin vəfat xəbəri barədə seçki komissiyasına məlumat verməyiblər.

Maraqlıdır ki, öz növbəsində kənd sakinləri də bu barədə məlumatı olsalar da, onlar aidiyyatı qurumlara xəbər vermək istəməyiblər və həmkəndlilərinin son arzusunu yerinə yerirərək onu səsvermədə qalib ediblər.