01 dekabr 2021 08:58
730

Müsabiqəyə yekun vurulub

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə oktyabr-noyabr aylarında keçirilmiş bədii özfəaliyyət kollektivlərinin müsabiqəsinə yekun vurulub.

İdarədən “İki sahil”ə verilən məlumata görə, müsabiqədə mədəniyyət mərkəzlərindən 21 musiqi kollektivi və 27 ifaçı iştirak edib.

Münsiflər heyətinin qiymətləndirmələrinə əsasən, “Ən yaxşı ansambl” nominasiyasının qalibi İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Ailə” folklor xalq ansamblı, “Ən yaxşı vokal ifaçı” nominasiyasının qalibi Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Qobustan” instrumental ansamblının solisti Tahir Quliyev, “Ən yaxşı muğam üçlüyü” nominasiyasının qalibi Ə.Əmirov adına Mədəniyyət Sarayının muğam üçlüyü olub.

“Müsabiqədə fəal iştirakına görə” Binəqədi Mərkəzi Mədəniyyət evinin “Qönçə” instrumental ansamblının solisti Sadiq Həsənquliyev, Nizami adına Mədəniyyət Mərkəzinin “Mərdi Məkan” ansamblının solisti Valid Tağızadə, Aşıq Rza Qobustanlı adına Mədəniyyət evinin “Aşıqlar” xalq kollektivinin solisti Asif İmanquliyev, Zirə qəsəbə Mədəniyyət Mərkəzinin muğam üçlüyü, İ.Əbilov adına Mədəniyyət Mərkəzinin “Oğuzlar” folklor xalq ansamblı layiq görülüb.