01 dekabr 2021 19:17
626

Meksika səfirliyi Azərbaycana başsağlığı verib

Meksikanın ölkəmizdəki səfirliyi helikopter qəzası ilə bağlı Azərbaycana başsağlığı verib.

“İki sahil” xəbər verir ki, bu barədə səfirliyin rəsmi feysbuk səhifəsində yazılıb.

“Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin helikopterinin qəzaya uğraması nəticəsində heyət üzvlərinin həlak olması ilə əlaqədar dərin hüznlə başsağlığı veririk”, - başsağlığında qeyd edilir.