09 dekabr 2021 00:20
900

Sovet İttifaqının yenidən qurulması mümkün deyil - Peskov

SSRİ-nin yenidən qurulması mümkün deyil.

“İki sahil” xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Dövlət katibinin siyasi məsələlər üzrə müavini Viktoriya Nulandın Moskvanın SSRİ-ni yenidən birləşdirmək istəyi barədə açıqlamasına münasibət bildirib.

“Mən əminəm ki, xanım Nuland bizim hər birimiz və digər mütəxəssislər kimi yaxşı anlayır ki, Sovet İttifaqının yenidən qurulması mümkün deyil”, - deyə D.Peskov bildirib.