09 dekabr 2021 03:39
390

Pandemiyada ən riskli ölkələr hansılardır?

CDC-nin dərc etdiyi ən risklidən ən aşağı riskə doğru müəyyən edilən ölkələrin siyahısında Türkiyə də dördüncü səviyyədə riskli ölkələr kateqoriyasına daxil edilib.

“İki sahil” xəbər verir ki, CDC tərəfindən hazırlanan siyahıda çox riskli ölkələr aşağıdakılardır: 

5-ci səviyyə üzrə: Andorra, Kipr, Fransa, İordaniya, Lixtenşteyn, Portuqaliya, Tanzaniya.
4-cü səviyyə üzrə: Barbados, Kayman adaları, Malayziya, Sinqapur, Türkiyə.
3-cü səviyyə üzrə: Kolumbiya, Kuba, Qrenada, Sent Kitts Nevis.
2-ci səviyyə üzrə: Bəhreyn, Kape Verde adaları, Fici, Mali, San-Tome Prinsipi.
1-ci səviyyə üzrə: Əlcəzair, Kamboca, Monako, Makao.