13 dekabr 2021 16:15
1022

“Seksenler”da oynayan aktyor döyülüb FOTO

Türkiyədə “Seksenler” adlı serialda rol alan aktyor Ceyhun Fersoy döyülüb.

“İki sahil” xəbər verir ki,  bu barədə o, sosial media hesabında məlumat verib. 

C.Fersoy ötən axşam İstanbulda həyat yoldaşı və dostları ilə getdiyi bir restoranda döyüldüyünü bildirib. 

Restoranda dava zamanı üzündən zərbələr alan aktyor qeyd edib ki, polisə gedərək hadisə səbəbkarlarından şikayətçi olub: “Qaşımın üstü 4 sm yarılıb və tikiş qoyuldu. Gözümün altı qaralıb”. 

Aktyor davanın hansı səbəbdən düşdüyünü və onu döyən şəxslərin kimliyini açıqlamayıb.