Bu ilin yanvar-noyabr aylarında Çində təxminən 12,07 mln. yeni iş yeri yaradılıb. Bu göstərici illik planı üstələyib.
"İki sahil"in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının Statistika Bürosunun açıqlamasında deyilir.
"2021-ci ilin yanvar-noyabr aylarında Çinin şəhər və qəsəbələrində 12,07 mln. yeni iş yeri yaradılıb ki, bu da illik hədəfi üstələyib. Ayrı-ayrılıqda, qeydə alınmış şəhər üzrə işsizlik səviyyəsi noyabrda 5% təşkil edib ki, bu da oktyabrdan 0,1 faiz bəndi çox, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 0,2 faiz bəndi azdır", - açıqlamada qeyd olunub.
Bildirilir ki, 16 yaşdan 24 yaşa qədər və 25 yaşdan 59 yaşa qədər olan əhali arasında işsizlik səviyyəsi müvafiq olaraq 14,3% və 4,3% təşkil edir.
Statistikaya görə, noyabrda ölkə üzrə müxtəlif müəssisələrdə çalışan işçilər həftədə orta hesabla 47,8 saat işləyib.
Xatırladaq ki, 2020-ci ilin sonunda Çində qeydə alınmış işsizlik səviyyəsi 5,6% təşkil edib, bu da hökumətin 5,5% gözləntiləri ilə demək olar üst-üstə düşür. Ötən il 11,86 mln. yeni iş yeri yaradılıb. Rəsmi proqnoza görə, 2021-ci ildə Çində şəhər üzrə işsizlik nisbəti təxminən 5,5% olacaq, 11 milyondan çox iş yerinin yaradılması planlaşdırılırdı.
Son 40 il ərzində Çində 400 milyona yaxın yeri iş yeri yaradılıb.