15 dekabr 2021 12:53
1848

Polad Həşimov adına orta məktəbə yeni direktor təyin olunub

Sumqayıt şəhər General-mayor Polad Həşimov adına 28 nömrəli tam orta məktəbə yeni direktor təyin olunub.

“İki sahil” xəbər verir ki, təhsil nazirinin müvafiq əmri ilə bu vəzifəyə Pərviz Musayev təyin olunub. O, bu təyinata qədər Sumqayıt şəhər İstedad liseyində riyaziyyat müəllimi işləyib.

Qeyd edək ki, məktəbin əvvəlki direktoru Mehdi Ağayev koronavirusdan vəfat etmişdi.