17 dekabr 2021 18:06
790

Bir dollar 17 lirəni keçdi

Türkiyə lirəsi ABŞ dollarına nisbətdə ucuzlaşmaqda davam edir. Bu gün səhər saatlarında birjalarda bir dolların qiyməti 17 lirə həddini keçib.

“İki sahil” "ForEx" göstəricilərinə istinadla xəbər verir ki, son birja günü ərzində lirə dollara nəzərən 8 faizdən çox ucuzlaşıb.

Hazırda birjalarda 1 ABŞ dolları 17 lirə ətrafında alınıb-satılır.

Xatırladaq ki, Türkiyə lirəsi son iki ay ərzində dollara nisbətdə 60 faizə yaxın ucuzlaşıb.