28 dekabr 2021 12:04
1108

Hadrutda hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır

Dekabrın 24-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Xocavənd rayonunun Hadrut qəsəbəsində yeni tipli Komando hərbi hissəsinin açlışında iştirak ediblər.

Hadrutda hərbi hissənin açılması çox böyük əhəmiyyət daşıyır. Çünki bu hərbi hissə işğaldan azad edilmiş ərazidə - Xocavənd rayonunda açılır və ordumuzun sərəncamına verilir, bu barədə Prezident İlham Əliyev  Hadrutda yeni hərbi hissənin açılışında çıxış edərkən söyləyib.Dövlət başçısı çıxışında hərbçilərin xidmət şəraitinin yaxşılaşdırılması ilə yanaşı, onların məişət-mənzil problemlərinin həlli istiqamətində görülən tədbirlərdən danışaraq deyib: “Ordu dövlət tərəfindən  tərəfindən daim diqqətlə əhatə olunub. Bu diqqət və qayğının nəticəsində bu gün Azərbaycanın müzəffər Ordusu dünyada məhz müzəffər, döyüş meydanında qalib gəlmiş ordu kimi tanınır”.

Hadrutda yeni hərbi hissənin açılmasının ən böyük əhəmiyyəti ondan ibarətdir ki, Azərbaycanda qazanılmış tarixi Zəfərdən sonra ordu quruculuğu prosesi dayandırılmadı, əksinə müharibə təcrübəsindən istifadə edərək bu sahəyə diqqət daha da artırılmış və ordumuzda təkmilləşdirmə prosesi davam edir.

Vətən Müharibəsinin gedişatında Hadrut əməliyyatının mühüm rol oynadığını qeyd edən cənab Prezident bildirmişdir ki, Hadrut əməliyyatı müsir dünya müharibələri tarixində öz layiqli yerini tutacaq. Cənab Prezident, Müzəffər Ali Baş Komandan çıxışı zamanı Ermənistana xəbərdarlıq edərək bildirmişdir: “Əgər Ermənistan yenidən bizim üçün təhlükə mənbəyi olmağa cəhd edərsə, onların axrı ikinci Qarabağ müharibəsindəki kimi olacaqdır. Biz heç vaxt imkan verə bilmərik ki, xalqımıza, dövlətimizə, ərazi bütövlüyümüzə hər hansı bir təhdid yaransın”.

Qarabağ Bizimdir! Qarabağ Azərbaycandır!

Əntiqə Tağıyeva ,

Masallı rayon Hişkədərə kənd sakini