Beş duyğu orqanımız var?

01 aprel 2015 04:00
157

Ətraf mühit haqqında bütün məlumatları biz duyğu orqanları vasitəsilə əldə edirik. Duyğu orqanları haqqında ilk dəfə Aristotel “Ruh üzərinə” adlı əsərində yazmışdır. Bu orqanlar görmə, eşitmə, dad bilmə, iy bilmə, toxunma olaraq sıralanmışdır. Lakin hər şey bu qədər də sadə deyil. Əslində, duyğu kəlməsini izah etməyə çalışsaq fəlsəfəyə girmiş olarıq. Duyğu kəlməsini ən sadə cümlə ilə açıqlasaq ətraf mühit ilə bədən arasındakı əlaqəni beyinə göndərən siqnal kimi göstərə bilərik. Əgər biz duyğunu belə bir cümlə ilə dəyərləndirsək bu zaman 5-dən daha artıq duyğu orqanımızın olduğunu iddia edə bilərik. Məsələn, gözlərimizi bağlayıb sağ işarə barmağımızı sol dirsəyimizə toxundurmağa çalışaq. Biz bunu çox asanlıqla edə bilərik. Çünki barmağımızın və dirsəyimizin harada olduğunu bilirik. Bu, elmdə propriosepsiyon adlanır. Məsələn, düşünün ki, gözləriniz bağlıdır və kimsə sizə tərəf addımlayır. Bu zaman onun sizə tərəf gəldiyini hiss edə bilərsiniz. Bundan başqa iç orqanlarımız haqqında bizə siqnal ötürən duyğularımız da var. Məsələn, aclıq, susuzluq, ağrı və s. Özünü daha az hiss etdirən digər duğularımız da vardır ki, bunlardan biri də təziqdir. Duyğu orqanlarımızı qruplara ayırsaq onlar ikiyə bölünər: Mexanik (eşitmə, görmə, toxunma ) və kimyasal (dad, qoxu hiss etmə). Duyğuları öyrənmənin tək bir yolu yoxdur. Bəzi hallarda isə duyğular eyni vaxtda hərəkətə keçir. Və biz onları ayıra bilmirik. Məsələn biz restorana girdiyimiz zaman eşitdiyimiz musiqinin səsi, gördüyümüz yeməyin rəngi və s. yeməyin dadının bizə fərqli gəlməsinə kömək edir. Qısacası hansı yöndən baxırsınız baxın duyğu orqanlarını 5-ə ayırmaq beyinlə əlaqəli mənasız bir inancdır.

Bunlar da bizim digər 4 hissetmə duyğumuz:

1. Termotseptsiya (dərimizdə olan hərarəti hiss etmə duyğusu)
2. Ekvibriotseptsiya (balans hissi)
3. Notsitsepsiya (Dəri, oynaq və orqanlarda olan ağrını hiss etmə duyğusu)
4. Proprioseptsiya (maarifləndirmə və ya bədənin dərk edilməsi duyğusu).

Nərmin Məmmədli