14 yanvar 2022 20:29
426

"Ayaks"dan "Şaxtyor"a

"Ayaks"ın futbolçusu David Neres karyerasını Ukraynada davam etdirəcək. 

“İki sahil” xəbər verir ki, 24 yaşlı hücumçu "Şaxtyor"a keçib. "Ayaks" bu transferdın 12 milyon avro əldə edib. Əgər braziliyalı oyunçu uğurlu çıxış edərsə, Niderland klubunun gəliri 16 milyon avroyadək arta bilər. 

Qeyd edək ki, Neres 2017-ci ildən "Ayaks"da oynayır.